15 gün əvvəl toyu olan gənc öldü - FOTO

12-07-2022, 12:14           
15 gün əvvəl toyu olan gənc öldü - FOTO
Dünən saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində ağır yol qəzası baş verib.
Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Göyçay rayonu, Alxasova kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə S.Hüseynovun idarə etdiyi “Howo” markalı betonqarışdıran maşın toqquşub.
Nəticədə Ş.Cəfərov və sərnişini olan həyat yoldaşı V.Novruzova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.
Qeyd edək ki, Şükran Cəfərovla V.Novruzova 15 gün əvvəl ailə həyatı qurublarmış.
Faktla bağlı İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru