“Azovstal” müdafiəçilərinin cəsədləri Ukraynaya qaytarıldı

13-07-2022, 00:04           
“Azovstal” müdafiəçilərinin cəsədləri Ukraynaya qaytarıldı
Ukrayna ilə Rusiya arasında cəsədlərin mübadiləsi baş tutub. Proses çərçivəsində 400-dən çox hərbçinin cəsədi Ukraynaya qaytarılıb.

Onların böyük əksəriyyəti “Azovstal”da həlak olmuş müdafiəçilərin cəsədləridir.

Məlumata görə, onların demək olar ki, hamısının kimliyi artıq müəyyən edilib. Belə ki, döyüşçülərin qohumları həlak olanların DNT nümunələrini müvafiq orqanlara təhvil veriblər.

Lakin meyitlərdən bir çoxu sənədsiz təhvil verildiyindən, onların kimliyi hələ ki, məlum deyil. (Mənbə: unian.net)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru