Çimərlik geyimi ilə bağlı qadağa – Cərimələnəcəklər

13-07-2022, 09:24           
Çimərlik geyimi ilə bağlı qadağa –
İtaliyanın Neapol şəhərində yerləşən məşhur qəsəbə Sorrentoda qəribə qadağa qüvvəyə minib.
Qəsəbənin çimərliklərindən kənarda lüt və ya çimərlik geyimi ilə gəzmək qadağan edilib. Bu qaydaya əməl etməyən turistlər 500 avro cərimə ödəməli olacaqlar.
Qadağa ilə bağlı açıqlama verən bələdiyyə sədri Massimo Koppola turistlərin yaratdığı vəziyyətin yerli əhalini narahat etdiyini dilə gətirib.
Qeyd edək ki, daha öncə İspaniyanın Marbella şəhərində də oxşar qərar qüvvəyə minib. Belə ki, Marbella küçələrində çimərlik geyimində gəzənlər 100 avro cərimə ödəməli olurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru