Yeniyetmə bir polisi və üç qızı ölümdən xilas etdi...
13-07-2022, 10:37
Amerikanın Missisipi ştatında yeniyetmə üç qızı və bir polisi çayda boğulmaqdan xilas edib.
Moderator.az xəbər verir ki, bu haqda “İndependent” nəşri məlumat yayıb.
"GPS"-naviqator qızların olduğu maşını suya yönəldib. Avtomobil bir neçə metr üzərək batmağa başlayıb. Hadisənin şahidi olan 16 yaşlı Korion Evans qızları xilas etmək üçün çaya atılıb.Bu zaman hadisə yerinə polis gəlib. O, xilasetmə əməliyyatına kömək etməyə çalışsa da, özü batmağa başlayıb. Qızlara kömək edəndə Korion Evans polisi görüb və ona da sudan çıxmaq üçün dəstək olub.
Nəticədə gənc 4 insanın həyatını xilas edib.
Evans polis və şəhər meri tərəfindən mükafatlandırılıb.