Britaniyanın hərbi poliqonunda təlim zamanı yanğın baş verdi

14-07-2022, 09:44           
Britaniyanın hərbi poliqonunda təlim zamanı yanğın baş verdi
Böyük Britaniyada başlayan güclü istilər Solsberi düzənliyində hərbi poliqonda yanğına səbəb olub. Bu poliqonda qoşunların təlimlər üçün yerləşdirilməsi nəzərdə tutulurdu.

Bu barədə iyulun 13-də Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

“Yanğınlar poliqonun hərbi sursatlardan atəş açıldığı və ictimaiyyət üçün əlçatmaz olan hissəsində - təhlükəli zonasında və ya zərbə zonasında lokallaşdırılır”, - deyə hərbi qurumun rəsmi nümayəndəsi bildirib.

Hərbçilər yaxınlıqdakı evlərin sakinlərindən üzr istəyib və ətrafa yayılan qatı tüstüdən mümkün qədər az təsirlənmələri üçün pəncərələri bağlı saxlamağı tövsiyə ediblər.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru