İndoneziyada mülki şəxslərə silahlı hücum həyata keçirilib: 10 nəfər həyatını itirib 17-07-2022, 09:44 İndoneziyanın şərqində yerləşən Papua əyalətində mülki sakinlərə hücum edən silahlı dəstənin nümayəndələri 10 nəfəri qətlə yetiriblər.Əyalətin Polis sözçüsü Əhməd Mustafa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.O qeyd edib ki, hücumu həyata keçirənlər özlərini Qərbi Papua Azadlıq Ordusunun üzvləri kimi təqdim edən separatçı dəstənin üzvləridir.Mənbə: Sinxua Facebook-da paylaş