İt iki uşağı pumanın hücumundan xilas etdi

23-07-2022, 11:54           
İt iki uşağı pumanın hücumundan xilas etdi
ABŞ-da it həyətdəki puma ilə döyüşüb və iki uşağı xilas edib.

Hadisə Yuta ştatının Plizant Qruv şəhərində baş verib.

İnsident zamanı uşaqların hovuzda çimdiyi, ev heyvanının isə həyətin küncündəki daş terrasda oturduğu bildirilib.

Bir müddət sonra uşaqlar itin ağzında və üzündə dərin cızıqlar görüblər.

Onun həyətə girən puma ilə savaşdığı və faktiki olaraq azyaşlıları vəhşi heyvandan xilas etdiyi məlum olub.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru