Şri-Lankada iki nəfər yanacaq növbəsində həlak oldu

23-07-2022, 12:54           
Şri-Lankada iki nəfər yanacaq növbəsində həlak oldu
Şri-Lankada iki nəfər yanacaq növbəsində həlak olub.

Onlardan biri ada dövlətinin qərb əyalətindəki Matuqama kəndindəki izdihamda, digəri isə şərq əyalətindəki Kinnia şəhərində növbə gözləyərkən ölüb.

Qeyd edək ki, iyulun 17-dən etibarən ölkə rəhbərliyi xüsusi QR kodlardan istifadə edərək yanacaq paylama sistemini tətbiq edib.

Şəxsi avtomobil sahiblərinə həftədə yalnız iki dəfə kodun son rəqəmi ilə müəyyən edilən günlərdə yanacaq almağa icazə verilir.

Xatırladaq ki, Şri-Lanka hazırda 1948-ci ildə müstəqillik əldə etdikdən sonra tarixindəki ən dərin iqtisadi böhranı yaşayır.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru