MAX Korporasiyası Rusiya Federasiyasında fəaliyyətini dayandırıb.
Bu barədə TASS Kino Sahibləri Assosiasiyasının idarə heyətinin üzvü Roman İsayevə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, IMAX belə bir qərarı 2022-ci il iyunun 1-də verib. Korporasiya həmçinin bütün Rusiya işçilərini işdən çıxarıb.
IMAX kinoteatrlarda video məzmunun çəkilişi, işlənməsi və nümayişi üçün texnologiyadır. O, daha parlaq təsvirə, eləcə də daha böyük ekran ölçüsünə malikdir. 70-ə yaxın ölkədə bu texnologiya ilə kinoteatrlar var.