Oğru yaşlı qadın libası geyinib, bankı qarət edib və aradan çıxıb...
24-07-2022, 00:09

Şahidlər qarətçinin "Lexus" markalı avtomobilin yeni modelinə əyləşərək aradan çıxdığını deyib...
ABŞ-da bir oğru yaşlı qadın libası geyinərək bank şöbəsini qarət etməyi və heç bir iz qoymadan aradan çıxaraq gizlənməyi bacarıb.
Moderator.az xəbər verir ki, bu barədə "Patch" nəşri məlumat yayıb.
Hadisə Corciya ştatının Makdono şəhərində bazar ertəsi, iyulun 18-də baş verib.
Şahidlərin sözlərinə görə, "Chase" bankının şöbəsinə güllü geyimdə, sarı lateks əlcəklərdə, sifətində qara maska və ağsaçlı parikdə daxil olub.
Naməlum şəxs xidmət pəncərələrinin birinə yaxınlaşaraq, kassirə pulları vermək tələbi barədə qeydini ötürüb və deyib ki, üstündə tapançası var.
Bank əməkdaşı qəribə qarətçinin tələbini yeri yetirib. Bundan sonra kişi sakitcə bankı tərk edib.
Şahidlər cinayətkarı "boyu 180 sm olan qamətli birisi" kimi təsvir edib.
Küçəyə çıxaraq, kişi ağ rəngli yük-sərnişin avtomobilinə əyləşərək aradan çıxıb.
Qeyd edilir ki, mümkündür ki, qarətçinin əyləşdiyi maşın "Lexus" markalı avtomobilin yeni modelindən olub.
Polis müşahidə kameralarının qeydiyyatını öyrənib, lakin qarətçinin şəxsiyyətini müəyyən etmək və ya onun maşınının nömrəsini izləmək müstəntiqlərə müyəssər olmayıb.
Fərasətli hücumçunun əldə etdiyi məbləğ barədə də məlumat verilməyib.