ABŞ-ın Vaşinqton ştatında atışma olub - Ölən və yaralananlar var
24-07-2022, 08:35
ABŞ-ın Vaşinqton ştatında baş verən atışmada 1 nəfər ölüb, azı 5 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən “ABC News” məlumat yayıb.
Hadisə Sietldən cənub-şərqdə, Renton şəhərində baş verib.
Hadisə yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkarlayıb. Onlardan biri yerindəcə ölüb, digərlərinə tibbi yardım göstərilib.
İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub. Faktla bağlı araşdırmalara başlanılıb.