DTX və DSX İran sərhədində əməliyyat keçirdi - Saxlanılanlar var

7-09-2022, 10:05           
DTX və DSX İran sərhədində əməliyyat keçirdi - Saxlanılanlar var
Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

DSX-dan verilən xəbərə görə, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılmış, pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbirlər nəticəsində saat 08:10-da sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilmiş, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram “marixuana”, 8 qram “metamfetamin”) və 10 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru