Qeyri adi etiraz- Biq-Ben qülləsini ağ rəngə boyadılar - FOTO/VİDEO

8-09-2022, 10:03           
Qeyri adi etiraz-
Londonda Böyük Britaniyanın əsas simvollarından olan Biq Ben qülləsinin üzərinə ağ boya töküblər.

Hadisəni törədən “Animal Rebellion” qrupunun fəalları bunu etiraz əlaməti olaraq ediblər. Sözügedən qrup heyvan və iqlim müdafiəçiləri kimi xarakterizə edilir.

Bu davranışla onlar süd sənayesinin planetə vurduğu zərərə diqqət çəkmək istəyiblər.

Səhər saatlarında qrupun doqquz iştirakçısı küçələrdən birində nəqliyyatın hərəkətini dayandırıb. Eyni zamanda qüllənin müəyyən hissələrinə ağ boya töküb. Etiraz zamanı istifadə edilən ağ boya südü simvolizə edib.

Bu yolla etirazçılar Böyük Britaniyanın yeni Baş naziri Liz Trassın diqqətini heyvan mənşəli məhsullarla bağlı problemə cəlb etmək istəyiblər. Həmçinin əsas məqsədlərdən biri də bitki mənşəli qidaların istehlakını təşviq etmək olub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru