Goranboyda evakuator qəza törətdi: Daşıdığı avtomobil yararsız hala düşdü - FOTO 8-09-2022, 10:13 Goranboy rayonunda nasaz avtomobili daşıyan evakuator qəza törədib, daşıdığı avtomobil isə yük yerindən aşaraq yararsız hala düşüb.“Report”un məlumatına görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.Üzərində “Mercedes-Benz” markalı avtomobil daşıyan evakuator “VAZ-21099” markalı avtomobillə toqquşub.Nəticədə evakuatorun yük yerində olan nəqliyyat vasitəsi yolun kənarına aşaraq yararsız hala düşüb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş