Böyük Kanyonda turist istidən öldü - VİDEO

8-09-2022, 10:44           
Böyük Kanyonda turist istidən öldü - VİDEO
ABŞ-dakı Böyük Kanyonda bir neçə günlük gəzintiyə çıxan amerikalı turist qızmar isti səbəbindən ölüb.

Milli Park Xidməti bildirib ki, 59 yaşlı səyahətçi Delfina Martinez Kolorado çayı yaxınlığındakı İldırım çayı cığırına çatdıqdan sonra huşunu itirib. Onun qrupundan olan digər turistlər qadını ayıltmağa çalışsalar da, Martinez həyatını itirib.

Səyahətçinin ölümünü araşdıran “Coconino County” tibbi ekspertiza şirkəti faciənin ehtimal olunan səbəbi kimi həddən artıq istini göstərib.

Qeyd olunur ki, qadının öldüyü gün daxili kanyonda temperatur 37,7 dərəcəyə çatıb.


Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru