Azərbaycanda şərəfsiz atadan 3 azyaşlı qızına qarşı ŞOK ƏMƏL - TƏFƏRRÜAT

8-09-2022, 18:08           
Azərbaycanda şərəfsiz atadan 3 azyaşlı qızına qarşı ŞOK ƏMƏL - TƏFƏRRÜAT
Azərbaycanda ata 3 yetkinlik yaşına çatmayan qızına qarşı seksual xarakterli hərəkətlər edib.

TEREF.AZ-ın Bizim.Media-ya istinadən xəbərinə görə, Cəfər Cavadovun (ad və soyad şərti verilib – red.) barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

C.Cavadovun barəsində olan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə iclası başlanacaq.

Qeyd edək ki, C.Cavadovun əməli məhkəmə tərəfindən sübuta yetirilsə, onu 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru