Məşhur "kriminal avtoritet" İstanbulda öldürüldü

10-09-2022, 07:55           
Məşhur "kriminal avtoritet" İstanbulda öldürüldü
İnterpolun axtardığı Serbiyanın məşhur "kriminal avtoritet"i İstanbulda öldürülüb.

Musavat.com xəbər verir ki, ölkəsində qırmızı bülletenlə axtarışda olan "Skaljari" (Serbiyada qəsəbə) bandasının lideri Yovica Vukotiç İstanbulun Şişli rayonunda avtomobili ilə gedərkən silahlı hücuma məruz qalıb. Həmin vaxt yeraltı dünyasının məşhurlarından olan Yovica Vukotiçin sevgilisi və uşaqları da yanında olub.

Motosikletlə avtomobilə yaxınlaşan silahlı şəxs 5 dəfə atəş açıb, nəticədə Vukotiç sevgilisinin və övladlarının yanında aldığı güllə yaralarından ölüb. Məlumatda bildirilir ki, güllələrdən dördü Yovica Vukotiçə dəyib.

Qeyd edək ki, Vukotiçin sui-qəsd nəticəsində öldürülmüş Serbiyanın Baş naziri Zoran Cinciçin qatili Luka Bojoviçlə yaxın dost olduğu iddia edilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru