İstanbulda kişi yük maşınını həyat yoldaşını təqib edən şəxsə çırpdı - VİDEO

10-09-2022, 09:54           
İstanbulda kişi yük maşınını həyat yoldaşını təqib edən şəxsə çırpdı - VİDEO
İstanbulun Sancaktepe rayonunda tanımadığı kişi tərəfindən təqib olunan qadın bu barədə ərinə məlumat verib və olduğu məkanın dəqiq ünvanını “WhatsApp”la həyat yoldaşına göndərib.

Hadisə yerinə tələsən kişi kiçikhəcmli yük maşınını həyat yoldaşına sataşan kişiyə çırpıb.


Bir neçə dəqiqə sonra isə hadisə yerinə qadının qohumları da gəliblər.

Onlar da öz növbələrində ağır xəsarət almış kişini taxta parçaları ilə döyüblər.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İnsidentin digər təfərrüatı barədə məlumat verilmir.


Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru