Daha 4 gəminin Ukraynadan çıxışına icazə verilib 12-09-2022, 08:06 İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib.APA-nın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.Gəmilərin ümumi yükü 64 657 tondur. Onlar Türkiyə, Livan və İspaniya və İtaliyaya günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır. Facebook-da paylaş