Xersonda partlayış: xəyanətkar rektor ağır yaralandı 13-09-2022, 10:17 Ukraynanın Xerson şəhərində baş verən partlayış nəticəsində Xerson Universitetinin rektoru Tatyana Tomilina ağır xəsarət alıb.Axar.az xəbər verir ki, bu barədə UNN məlumat yayıb.Partlayış rektorun yaşadığı mənzilin girişində baş verib.T.Tomilina ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Bəzi media orqanları onun öldüyünü iddia etsə də, digərləri partlayışda rektorun cangüdəninin həyatını itirdiyini yazır.Qeyd edək ki, bir ay öncə Ukrayna Prokurorluğu rektoru dövlətə xəyanətdə təqsirli bilmişdi. Facebook-da paylaş