Ermənilərin itkiləri ilə bağlı ən son rəqəm

14-09-2022, 01:32           
Ermənilərin itkiləri ilə bağlı ən son rəqəm
12 sentyabr axşam saatlarında Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində ölən erməni əsgərlərinin sayı ilə bağlı yeni rəqəm səsləndirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Qovorit Yerevan” erməni kanalı məlumat yayıb.

“Müxtəlif mənbələrdən məlumatlar alırıq. Qeyri-rəsmi mənbələrin məlumatına inansaq, Ermənistanın itkisi 400 nəfərə çatır. Rəsmi açıqlamanı gözləyək”, – məlumatda qeyd edilib.

Göyçə vilayətinin qubernatoru Karen Sərkisyan, “Ölənlərlə bağlı məlumatı deyə bilmərəm, onu Müdafiə Nazirliyindən soruşun. Yaralıların sayı isə 80 civarındadır”, – bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün səhər parlamentdə çıxışı zamanı 49 erməni əsgərin öldüyünün təsdiqləndiyini, ancaq bu rəqəmin son olmadığını bildirmişdi. İndiyə qədər Ermənistan MN itkilərinin son sayını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru