"Rusiyanın daha 200 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

16-09-2022, 10:52           
"Rusiyanın daha 200 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı
“Son sutkada Ukraynada Rusiya ordusunun 200 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 050-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 199 tank, 4 690 zirehli döyüş maşını, 1 302 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 216 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 550 avtomobil texnikası və avtosistern, 121 xüsusi texnikadan ibarətdir. //report//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru