İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı: Ölənlər var - VİDEO

17-09-2022, 08:08           
İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı:
İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşüb.

Bu barədə xilasetmə xidməti məlumat yayıb.

Bildirilir ki, iki-üç saat ərzində təxminən 420 mm yağıntı düşüb ki, bu da bölgədə bir illlik normanın yarısı qədərdir.

Məlumata görə, infrastruktura ziyan dəyib, torpaq sürüşmələri olub, bəzi yollar bağlanıb. Bəzi şəhərlərdə küçələri tamamilə su basıb, avtomobilləri su axınları aparıb. Elektrik enerjisinin verilişində və rabitədə kəsintilər var. Bəzi şəhərlərdə məktəblər bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru