Ukrayna ordusu Rusiyanın 5 istiqamətdə hücumlarını dəf etdi

17-09-2022, 11:37           
Ukrayna ordusu Rusiyanın 5 istiqamətdə hücumlarını dəf etdi
Ukrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsi istiqamətində Rusiya hərbçilərinin hücumlarını dəf edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Bildirilib ki, Rusiya ordusu Xarkov, Slavyansk, Kramatorsk, Baxmut, Cənubi Buq istiqamətlərində tanklardan, minaatanlardan və artilleriyadan atəş açıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, Rusiya təkcə Cənubi Buq istiqamətində 26-dan çox yaşayış məntəqəsini atəşə tutub: “Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 9 məntəqə, həmçinin 3 dayaq məntəqəsi və zenit-raket komplekslərinin 2 mövqeyi məhv edilib”.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə bir “Su-24” təyyarəsini, üç qanadlı raketi və bir politosuz uçuş aparatını məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru