Tbilisidə ermənilərin təxribat cəhdi – İnsident yaşandı

18-09-2022, 18:54           
Tbilisidə ermənilərin təxribat cəhdi – İnsident yaşandı
Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.
Teref.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.
Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru