Nigeriyada qızdırmadan 171 nəfər öldü

19-09-2022, 09:34           
Nigeriyada qızdırmadan 171 nəfər öldü
Nigeriyada ilin əvvəlindən bəri Lassa qızdırmasından ölənlərin sayı 171-ə çatıb.

Bunu bazar günü Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi elan edib.

Məlumata görə, indiyədək xəstəliyə yoluxanların sayı 6660 nəfər olub.

“Lassa qızdırması ölkənin 36 bölgəsindən 25-də qeydə alınıb. Ən çox yoluxma halı isə 21-30 yaş qrupunda qeydə alınıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Nigeriyada 2021-ci ildə Lassa qızdırmasından 80-dən çox ölüm qeydə alınıb. Xəstəliyin öncəki ciddi epidemiyası ölkədə 2017-2018-ci illərdə müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru