Bir yaşlı uşaq bağçada döyülüb?

20-09-2022, 00:11           
Bir yaşlı uşaq bağçada döyülüb?
Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddia olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Unikal”a azyaşlının anası Fidan Cavadova məlumat verib.

O bildirib ki, bir neçə gün öncə oğlunu Mingəçevir şəhərində yerləşən 15 saylı körpələr evində qoyub:

“Oğlum cəmi bir neçə gün həmin bağçaya getdi. Sonuncu dəfə onu bağçadan götürəndə qoluna müxtəlif xəsarətlər yetirildiyini gördüm. Tərbiyəçi boynuna almasa da, xəsarətlərin böyük adam tərəfindən yetirildiyi aydın şəkildə görünür. Bunu uşaq edə bilməz”, – deyə o qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, körpələr evində azyaşlıya xəsarət yetirilməsi ilə bağlı DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də ərazi üzrə polis orqanına hər hansısa bir müraciət daxil olmayıb.

Körpənin valideyni Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru