Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı

20-09-2022, 10:23           
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

Teref.az Trend-ə istinadən xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

Məktəbin direktoru müəllimlər üçün yaratdığı Vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru