Argentinada neft çəninin partlaması nəticəsində azı üç nəfər ölüb

23-09-2022, 10:15           
Argentinada neft çəninin partlaması nəticəsində azı üç nəfər ölüb
Sentyabrın 22-də Argentinanın Neuken əyalətində “New American Oil” şirkətinə məxsus neft emalı zavodunda baş verən partlayışda azı 3 nəfər həlak olub.

Bu barədə Plasa-Uinkul şəhərinin meri Qustavo Suarez məlumat verib.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əsas xam neft çənlərindən biri partlayıb”, - deyə Suares bildirib.

O, qeyd edib ki, hazırda yanğınsöndürənlər yanğını nəzarət altına almağa, onun digər şənlərə keçməsinə imkan verməməyə çalışırlar.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru