Qatil balinalar yelkənli qayığı deşib, sükanı sındırdılar – VİDEO

23-09-2022, 12:24           
Qatil balinalar yelkənli qayığı deşib, sükanı sındırdılar – VİDEO
Üç qatil balina göyərtəsində insanların olduğu yelkənli yaxtaya çırpılıb.

Hadisə İspaniyanın şimal-qərbindəki Fisterra bələdiyyəsinin sahillərində baş verib.

Qayığa hücum edən heyvanlar onun sükanını sıradan çıxarıblar.

Ekipaj üzvləri hadisəni videoya çəkib. Sükan sındığı üçün yaxta idarəolunmaz hala gəlib.

SOS çağırışından sonra insanlar xilas edilib və gəmi yedəklə İspaniyanın Muros şəhərinə aparılıb.

Qeyd edək ki, 2020-ci ildən İspaniya və Portuqaliyanın Atlantik okeanı sahillərində qatil balina gəmilərə hücumları mütəmadi hal alıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru