Bakıda yeniyetməni maşın vurdu 23-09-2022, 10:58 Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Teleqraf.com xəbər verir ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 2009-cu il təvəllüdlü Məmmədzadə Sirac Raman oğlunu vurub.Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş