Rusiya Krivoy Roq hava limanını vurdu 27-09-2022, 08:35 Ötən gün rus ordusu Ukryananın Krivoy Roq hava limanını raket hücumuna məruz qoyub.Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.“Rusiya Krivoy Roqa hücum etdi. Ruslar hava limanını X-59 raketi ilə vurublar. Onun infrastrukturu dağıdılıb”, - məlumatda bildirilib.Hücum zamanı xəsarət alan olmayıb. Facebook-da paylaş