İranda separatçı qrupun lideri həbs olundu

28-09-2022, 12:52           
İranda separatçı qrupun lideri həbs olundu
Kürdüstan Azadlıq Partiyası terror qruplaşmasının tanınmış üzvü və lideri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə öz "Twitter" hesabında İran prezidenti İbrahim Rəisi məlumat yayıb.

Kürdüstan Azadi Partiyası, qısaca olaraq PAK İranda separatçı, ifrat sağçı siyasi qrup kimi səciyyələndirilir. PAK İran Kürdüstanı, Kirmanşah, Qərbi Azərbaycan, İlam, Həmədan, Luristan, Çaharməhal, Bəxtiyari, Kohqiluyeh, Boyer Ahmad və Xuzistan və Buşehrin bir hissəsindən ibarət "dövlət" yaratmaq niyyəti güdür.

Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İraq ərazisində yerləşən digər bir kürd qruplaşmasının - "Komala"nın hərbi bazalarını artileriya atəşinə tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru