Ermənistanın sabiq müdafiə naziri zaminə buraxılmayıb

29-09-2022, 00:04           
Ermənistanın sabiq müdafiə naziri zaminə buraxılmayıb
Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın zaminə buraxılması ilə bağlı vəsatətə baxılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onun vəkili Sergey Ovannisyan bildirib ki, Antikorrupsiya məhkəməsi vəsatəti təmin etməyərək, müvəkkilinin həbsdə qalmasına qərar verib.

Qeyd edək ki, müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi müqabilində sabiq nazirin evinin girov qoyulmasını təklif edib.

David Tonoyan bir neçə yüksək rütbəli zabitlə birlikdə 4,6 milyon dollar dəyərində yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru