Rusiyanın hərbi patrulları Zaporojye AES-in baş direktorunu oğurlayıb

1-10-2022, 11:25           
Rusiyanın hərbi patrulları Zaporojye AES-in baş direktorunu oğurlayıb
Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının baş direktoru İqor Muraşovu oğurlayıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Atom Enerjisi Agentliyinin prezidenti Petr Kotin məlumat verib.

O, Zaporojye AES-ə nəzarət edən Rusiya hərbçilərindən, eləcə də Ukraynanın bu nüvə obyektində qanunsuz yerləşdirilən Rusiyanın “Rosatom” şirkətinin əməkdaşlarında stansiyanın rəhbərliyinə və şəxsi heyətinə qarşı nüvə terror aktlarını dayandırmağı, baş direktorun dərhal azad olunmasını, müəssisənin təhlükəsiz istismarını təmin etmək üçün öz vəzifəsinə geri qaytarılmasını tələb edib.

P.Kotin bildirib ki, sentyabrın 30-da İqor Muraşov Enerqodar yolunda Rusiyanın hərbi patrulları tərəfindən saxlanılıb: “Onlar Muraşovun avtomobilini saxlayıb gözlərini bağlayaraq məlum olmayan istiqamətə aparıblar”.

Ukrayna rəsmisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə, AES üzrə Ümümdünya Atom Təşkilatının rəhbəri Tom Mitçellə Muraşovun təcili azad olunması istiqamətində bütün mümkün tədbirləri görmək üçün müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru