Rusiya beynəlxalq təşkilatın rəhbərliyindən uzaqlaşdırıldı

2-10-2022, 09:05           
Rusiya beynəlxalq təşkilatın rəhbərliyindən uzaqlaşdırıldı
Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) İdarə Şurasına yenidən üzv seçilməyib. Belə ki, şimal qonşumuz 36 ölkədən ibarət Şurada qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Şənbə günü quruma səsvermə keçirilib. Kanada açıq şəkildə Rusiya Federasiyasının yenidən seçilməsinə qarşı çıxıb.

Qeyd edək ki, ICAO 1944-cü ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının hökumətlərarası ixtisaslaşmış qurumudur. Təşkilatın məqsədləri qlobal hava nəqliyyatı sisteminin nizamlı işini və inkişafını təmin etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru