Ukrayna İranın daha 8 PUA-sını məhv etdi

3-10-2022, 08:38           
Ukrayna İranın daha 8 PUA-sını məhv etdi
Ukrayna hərbçiləri Zaitsevo, Baxmutskoye, Baxmut, Odradovka, Pervomayskoye, Spirnoe və Vyemka yaşayış məntəqələri ərazilərində rusların hücumlarını dəf ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində dörd zərbə endirib. Düşmənin iki silah və hərbi texnikasının toplandığı yerin, eləcə də iki zenit-raket kompleksinin məhv edilməsi təsdiqlənib.

Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə bölmələri səkkiz ədəd İran istehsalı olan "Şahid" pilotsuz uçuş aparatını vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru