Bakıda ailə münaqişəsi - İki nəfər bıçaqlandı, biri özünü yandırdı

8-10-2022, 08:28           
Bakıda ailə münaqişəsi -
Bakının Sabunçu rayonunda ailə məişət zəmnində dava zamanı iki nəfər bıçaqlanıb və bir nəfər özünü yandırıb.
Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Hacıyev Əfqan Xanlar oğlu ailədaxili münaqişə zamanı həyat yoldaşı evdən çıxaraq anasının yaşadığı Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən evə gəlib. Ə.Hacıyev barışmaq məqsədilə qaynanasının yaşadığı ünvana gəlib. Lakin qaynana 1969-cu il təvəllüdlü Xanım Xalıqova qızının boşanmağını təklif edib.

Bundan hiddətlənən Ə.Hacıyev əvvəlcə benzin içib daha sonra öz üzərinə tökərək yandırıb. Bunu eşidən Ə.Hacıyevin qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib. O, qardaşının yanıq xəsarətləri aldığını görüb əvvəlcə Xanım Xalıqova iki bıçaq zərbəsi vurub.

Bundan sonra R.Hacıyev X.Xalıqovun qardaşı 1963-cü il təvəllüdlü Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Bıçaqlanan şəxslər 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Özünü yandıran Ə.Hacıyev 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru