Krım istiqamətində bütün qatarların hərəkəti dayandırıldı
8-10-2022, 12:12
Yaxın vaxtlarda Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Bildirib ki, yaxın vaxtlarda Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb. "Qatarlar müvəqqəti olaraq Krım istiqamətində hərəkət etməyəcək. Krıma qatara bilet satışı da dayandırlıb", - deyə Rusiya Dəmir Yollarının məlumatında qeyd olunub.