DƏHŞƏTLİ QƏTL: qayınata kürəkənini namaz qılarkən öldürdü

9-10-2022, 11:08           
DƏHŞƏTLİ QƏTL: qayınata kürəkənini namaz qılarkən öldürdü
Türkiyədə qayınata ailə probleminə görə kürəkənini namaz qılarkən tapança ilə güllələyib.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.

4 güllə yarası alaraq xəstəxanaya çatdırılan kürəkən həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Bağlar rayonu Alatosun kəndində baş verən hadisədə ailə problemi olduğu deyilən kürəkəni namaz qılarkən qayınatası onun başına və bədəninin müxtəlif nahiyələrinə 4 dəfə atəş açıb. Qətl hadisəsini törədən şəxs daha sonra hadisə yerindən qaçıb.


Hadisə yerinə gələn jandarma qrupları araşdırma apararkən, qaçan şübhəlinin tutulması üçün axtarış işlərinə başlanılıb. ("Yeni Müsava")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru