Gənc rejissor qəfil öldü - FOTO 10-10-2022, 10:42 Rejissor və operator Namiq Kərimov 36 yaşında vəfat edib.“Report”un şimal-qərb bürosunun məlumatına görə, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.N.Kərimov ölkənin şimal-qərb bölgəsində istedadlı rejissor və operator kimi tanınıb.O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var. Facebook-da paylaş