Kiyevdə partlayışlar olub: Ölənlər və yaralananlar var
10-10-2022, 12:15
Kiyevin mərkəzində bir neçə partlayış olub.
Kiyevin mərkəzində yerləşən Şevçenko rayonunda ardıcıl bir neçə partlayış olub.
Şəhər meri Vitali Kliçko bütün dövlət xidmətlərinin ərazidə çalışdığını, detalların açıqlanacağını deyib. Hadisə şahidləri yollarda avtomobillərin yandığını bildirib.
Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisə zamanı ölənlərin və yaralananların olduğunu deyib.