Rusiyada uşaq bağçasında müəllimlər azyaşlıları döyərək saçlarından dartıblar - VİDEO

11-10-2022, 10:33           
Rusiyada uşaq bağçasında müəllimlər azyaşlıları döyərək saçlarından dartıblar - VİDEO
Krasnodar diyarında “Uşaqlıq İmperiyası” uşaq bağçasının müdirinə qarşı “Azyaşlıya işgəncə verilməsi” maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə rayon prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə qadın müəllimlərin uşaqları təhqir edərək döymələri əks olunub.

“İlkin istintaq çərçivəsində uşaq müəssisəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı fiziki güc tətbiq etmə faktını təsdiq edən videoyazı götürülərək araşdırılır”, - deyə şöbədən bildirilib.

Eyni zamanda, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, Soçi şəhərindəki bu hadisə 2021-ci ilin fevralında baş verib, lakin video şəbəkələrdə yalnız indi yayılıb.

Qeyd olunub ki, videodakı uşaqlarda müxtəlif patologiyalar var.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru