Rusiya Vahid Ələkbərovu məhkəməyə verdi

11-10-2022, 12:25           
Rusiya Vahid Ələkbərovu məhkəməyə verdi
Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin keçmiş prezidenti, milyarder Vahid Ələkbərov məhkəməyə verilib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Moskva meriyası milyarderdən şikayətçi olub. Məlumata əsasən, iş adamı paytaxtın mərkəzindəki evinin damını genişləndirmək istəyib.

Belə ki, Vahid Ələkbərov paytaxt Moskvadakı çoxmərtəbəli binanlardan birinin damında tikinti layihəsi həyata keçirməyə başlayıb.

Bu addım isə Moskva meriyasının xoşuna gəlməyib. Bildirilib ki, sözügedən tikinti təhlükə yarada bilər. Tikintinin dayandırıması üçün məhkəmədə V. Ələkbərov qarşısında iddia qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru