Axı Şuşa Tehran görüşündə işğal edilmişdi - Həmin Vilayətinin VASİTƏÇİLİK SÖHBƏTİ
12-10-2022, 19:14
1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı zamanı vasitəçilik edən iranlı yenə aktivləşib.
TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib ki, Tehran İrəvan və Bakı arasında münasibətlərdə vasitəçi olmağa hazırdır.
O, İranla yanaşı yerləşən müxtəlif bölgələr arasında Cənubi Qafqazın xüsusi əhəmiyyət kəsb etdiyini deyib:
“Bu baxımdan qonşularımıza (Azərbaycan və Ermənistan) münasibətdə biz daha çox həssaslıq və diqqət göstəririk”, – deyə Vilayəti vurğulayıb.
Qeyd edək ki, 1992-cı ilin mayında Azərbaycan və Ermənistan rəhbərliyinin Tehranda görüşünün əsas təşəbbüskarı o vaxtkı xarici işlər naziri Vilayəti idi. Görüş zamanı erməni silahlı birləşmələri mayın 8-də Şuşanı işğal etdi.