Özünü ehtiyatda olan zabit kimi göstərərək dələduzluq edib-VİDEO
3-06-2016, 21:34
Zərdabda özünü ehtiyatda olan zabit kimi göstərərək dələduzluq edən şəxs saxlanılıb. Məlum olub ki, o,işə düzəltmək adı ilə insanları aldadaraq pullarını mənimsəyib.
Rayon polisi, şikayət əsasında 56 yaşlı Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olan əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunmuş Müslüm Mustafayevi saxlayıb. Məlum olub ki, o, özünü Musa adı ilə ehtiyatda olan zabit kimi təqdim edib, Alıcanlı kənd sakini Arif Əsgərovun Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd edərək ondan 1000 manat pul alıb.
Saxlanılandan sonra onun digər əməlləri də üzə çıxıb.
Faktla bağlı Zərdab rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: