Rusiya ordusu Dneprdə xəstəxananı raketlə vurdu: Yaralılar arasında uşaqlar da var - VİDEO

27-05-2023, 07:54           
Rusiya ordusu Dneprdə xəstəxananı raketlə vurdu:
Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın Dnepr şəhərində tibb müəssisəsinə raket zərbəsi endirib.

Hücum nəticəsində üç nəfər həlak olub, 25 nəfər yaralanıb. Onlardan 19-u xəstəxanaya yerləşdirilib, üçünün vəziyyəti ağırdır. Yaralananlardan ikisi uşaqdır.

Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hadisə nəticəsində tibb müəssisəsinin üçmərtəbəli binası qismən dağılıb və yanıb. Yaxınlıqdakı baytarlıq klinikasının birmərtəbəli binasında da yanğın baş verib. Yanğın artıq söndürülüb.

Mənbə: Glavnoe.in.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru