25 yaşlı oğlan özünü asdı - Nişanlısı intihara cəhd etdi

23-06-2023, 00:16           
25 yaşlı oğlan özünü asdı -
Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib.

Teref.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Camal Məmmədov kəndin ərazisindən keçən çayın kənarında özünü ağacdan asaraq intihar edib.

Hadisədən sonra gəncin nişanlısı, 22 yaşlı İ.Bayramova özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihara cəhd edib. Qadın yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru