Yalançı ekstrasens 175 milyon dollar qazandı - 280 il həbs - FOTO

23-06-2023, 17:33           
Yalançı ekstrasens 175 milyon dollar qazandı - 280 il həbs - FOTO
Amerikada yaşayan Patris Runner 20 ildən çox saxtakarlıq edərək insanları aldatmaqda təqsirli bilinib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı bu şəxs özünü insanlara ekstrasens kimi tanıdaraq onların pulunu mənimsəyib.

Məlumata görə, Runner 1994-2014-cü illər arasında ona göndərilən məktubları oxuyaraq onlara müəyyən məbləğ müqabilində şans və xoşbəxtlik arzulayacağını bildirib. O, xəstə insanların sağalacağı, bəzilərinin sevgi tapacağı kimi yalan şeylər vəd edib. Onun bu yalanlarına demək olar ki, dünyanın hər yerindən inananlar olub.

Saxta ekstrasens bu yolla onilliklər ərzində 175 milyon dollar qazanıb.

Bildirilir ki, Patris Runneri 280 il həbs cəzası gözləyir.

Patris Runner













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru