"Tax free" ilkin mərhələdə hava limanında tətbiq olunacaq" - Aydın Əliyev

13-07-2016, 14:15           
"Tax free" ilkin mərhələdə hava limanında tətbiq olunacaq" - Aydın Əliyev
"Azərbaycanda "tax free" sisteminin tətbiqinə ilkin mərhələdə hava limanından başlanacaq".

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

"Dünya praktikasına əsasən, bütün dünya ölkələrinin vətəndaşları, eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər", - deyə A. Əliyev bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan ərazisində alış-veriş edən əcnəbilərə ölkəni tərk edərkən ƏDV sərbəst dönərli valyuta ilə qaytarılacaq.

Qurum rəhbəri əlavə edib ki, sistemin tətbiqi ilə bağlı qaydalar hazırlanacaq və bir müddət sonra ictimaiyyətə açıqlanacaq.

"Sistemin ilkin mərhələdə hava limanında, ardınca isə hər bir yerdə tətbiq olunması gözlənilir", - deyə A. Əliyev qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.